İsveçrə və Azərbaycanın tanınmış musiqiçiləri “Bakı-St.Morits gecəsi” adlı konsertdə çıxış edəcək - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

İsveçrə və Azərbaycanın tanınmış musiqiçiləri “Bakı-St.Morits gecəsi” adlı konsertdə çıxış edəcək - FOTO

10:30 - 01 / 09 / 2016
İsveçrə və Azərbaycanın tanınmış musiqiçiləri “Bakı-St.Morits gecəsi” adlı konsertdə çıxış edəcək - FOTO

CBC Sport Arena Polo üzrə Dünya Kuboku yarışları çərçivəsində İsveçrənin əfsanəvi Badrutts Palace St.Moritz otelinin dəstəyi ilə sentyabrın 10-u saat 20:30-da Elite Events Hall konsert zalında təntənəli konsert təşkil olunacaq.

Gecədə İsveçrə və Azərbaycanın tanınmış musiqiçiləri çıxış edəcək. Respublikanın xalq artisti Ənvər Sadıqov, Montre caz festivalının qalibi Emil Əfrasiyab, dünyaca məşhur Natiq Ritm Qrupu, xanəndə Ehtiram Hüseynov, Azərbaycanın Eurovision təmsilçisi Dilarə Kazımova, əməkdar artist Akif Süleymanbəylinin rəhbərliyi ilə estrada orkestri, Opera və Balet teatrının solisti Çinarə Şirin, İsveçrənin xalq musiqi ifaçıları və tanınmış DJ Ray Douglas  - meqa-istedadlı musiqiçilər iki fərqli mədəniyyətin simbiozunu bir gecədə, “Baku-Morits Polo Night” səhnəsində eksklüziv olaraq gecənin qonaqları üçün canlandıracaq.

Qonaqlar həmçinin İsveçrə və Azərbaycan mətbəxinin nəfis təamlarını dadmaq imkanı əldə edəcək. İsveçrə milli mətbəx nümunələri Badrutts Palace otelindən məxsusi olaraq bu konsert üçün Elite Events Hall-a gətiriləcək. Azərbacyan milli mətbəxinin ləzzətlərini isə yeni və nəfis dizayna malik Elite Events Hall-un peşəkar aşpaz komandası hazırlayacaq.

Təntənəli ab-hava, sürpriz və hədiyyələrlə dolu gecədə qonaqlar eyni zamanda Sankt Morits şəhərində keçiriləcək 33-cü Qarüstü Polo üzrə Dünya Çempionatına VİP dəvətnamə qazanmaq imkanı əldə edəcəklər ki, bura həm yol, həm də əfsanəvi Badrutts Palace otelində qonaqlama xərcləri daxildir. 33-cü Qarüstü Polo üzrə Dünya Çempionatı hər ilin yanvar ayında keçirilir və Avropanın idman və kübar həyatında ən önəmli hadisələrdən sayılır.

Konsertə bilet əldə etmək üçün (+99451) 664-52-51 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz.

Paylaş:
1077

Son xəbərlər

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə müraciət edib17 / 10 / 2024, 18:50Musiqi məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçid balı aşağı salınıb17 / 10 / 2024, 17:43Oktyabrın 19-u COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində hərəkətə məhdudiyyətlər tətbiq olunacaq17 / 10 / 2024, 17:36Fasilələrlə yağış yağacaq - XƏBƏRDARLIQ17 / 10 / 2024, 17:27Sabah hava necə olacaq? - PROQNOZ17 / 10 / 2024, 14:39Yasamal rayonunun Mikayıl Müşfiq küçəsi təmir edilib17 / 10 / 2024, 14:18İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub - YENİLƏNİB17 / 10 / 2024, 13:46Əmtəə bazarlarında qızılın qiyməti 2 700 dollara yaxınlaşıb17 / 10 / 2024, 12:09Vüqar Qurbanov: “Bu gün təcili tibbi yardım xidmətinin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçiririk”17 / 10 / 2024, 11:41TƏBİB təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsinə və optimallaşdırılmasına dair brifinq keçirib17 / 10 / 2024, 11:27AMB günün valyuta məzənnələrini açıqladı17 / 10 / 2024, 11:23Oğuzda narkotik vasitə satışında şübhəli bilinən şəxs tutulub17 / 10 / 2024, 11:09Kamaləddin Qafarov: “17 oktyabr – Füzuli Şəhəri Günüdür”17 / 10 / 2024, 10:35Azərbaycan neftinin qiyməti 75 dolları ötüb17 / 10 / 2024, 10:15“UForex” hesabını “SİMA İmza” ilə aç!17 / 10 / 2024, 10:05ABB-dən kapital bazarlarını canlandıracaq daha bir addım!17 / 10 / 2024, 10:00Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA17 / 10 / 2024, 09:38Ermənistanın Gəncəni növbəti dəfə raket atəşinə tutmasından 4 il keçir17 / 10 / 2024, 09:35Bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür17 / 10 / 2024, 09:19Prezident Füzulinin işğaldan azad edilməsin dördüncü ildönümü ilə bağlı paylaşım edib17 / 10 / 2024, 09:06
Bütün xəbərlər