Beynəlxalq Bank sıravi mühfizəçilərə, eləcə də rəhbərliyin dostlarına da manatla kredit verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq Bank sıravi mühfizəçilərə, eləcə də rəhbərliyin dostlarına da manatla kredit verib

10:38 - 01 / 09 / 2016
Beynəlxalq Bank sıravi mühfizəçilərə, eləcə də rəhbərliyin dostlarına da manatla kredit verib

Avqustun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı (ABB) ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və bankın digər filiallarının direktorları İlqar Abdullayev və Yusif Ələkbərovun, “İnter Security” MMC-nin baş direkoru İbrahim Hüseynov və digər 4 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

1news.az məhkəmə zalındakı müxbirinin verdiyi məlumata görə, məhkəmə hakim Əfqan Hacıyevin sədrliyi ilə aparılıb.

Dünənki iclasda növbəti şahidlər çıxış edib:

Samir Əliyev – təqsirləndirilən Azad Cavadovun həyat yoldaşının qardaşı, “Bakı Fındıq Emalı” MMC-nin sabiq rəhbəri bəyan edib ki, 5 il öncə Cavadovun göstərişi ilə ərizələrə imza ataraq 780 min manata kredit götürüb. Kredit evin təmiri üçün verilsə də, S.Əliyev bütün pulları öz müəssisəsi üçün xərcləyib. Bu kreditə 92 min manat (ödənilməmiş) faiz hesablanıb.

Tekstil şirkətinin əməkdaşı Zahid Bağırov bildirib ki, Beynəlxalq Bank rəhbərliyi onun adına kredit qeyd etsə də, o, hələ də bu məbləğin nəyə xərcləndiyini bilmir. Eləcə də o, bu pulları almayıb.

A.Cavadovun dostu Emin Nəbiyev ifadəsində deyib ki, Azadın tapşırığı ilə adına 700 min manat kredit götürülüb. Şahid kreditin hansı məqsədlə götürüldüyündən xəbərsiz olduğunu deyib.

Analoji ifadələri A.Cavadovun dostu – Rasim Mehdiyev də bildirib. Cavadov onun adına 750 min manat kredit qeyd etməyi tapşırıb. Bu məbləğin üzərinə 53 min manat faiz hesablanıb.

Dövlət ittihamçısı Fərid Nağıyev öz çıxışında bildirib ki, kredit müqaviləsində kreditin təyinatı mənzil təmiri üçün göstərilib. E.Nəbiyev və R.Mehdiyev tərəfindən götürülən kreditlər Lənkəran və Quba rayonlarında istrahət mərkəzlərinin tikintisinə sərf edilib.

A.Cavadovun keçmiş həyat yoldaşı Nailə Həsənova ifadəsində deyib ki, Azad onun adına 750 min manatlıq kredit götürməsini xahiş edib.

Bugünkü iclasda Beynəlxalq Bankda mühafizə xidmətini həyata keçirən “İnter Security” MMC əməkdaşlarının da ifadələri alınıb.

Çıxış edənlərdən MMC-nin müdir müavini Vahid Abdullayev bildirib ki, rəis İbrahim Hüseynovun göstərişi ilə əməkdaşlar öz adlarına kredit götürürdülər.

Sıravi mühafizəçilər bildiriblər ki, onların öz adlarına kredit götürülməsinə məcbur ediblər. Belə ki, Emin Nəsibovun adına 1 milyon 250 min manat, Rahib Hacıyevin isə 450 min manat kredit götürülüb.

Daha sonra C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bir neçə vəsatətlə çıxış edib. O, Beynəlxalq Bankın girovla bağlı sazişlərinin məhkəməyə təqdim edilməsini istəyib. Vəkil qeyd edib ki, bankla bağlı 2008-2014-cü illərdə Vergilər Nazirliyində cinayət işi açılıb, yoxlamalar aparılıb ki, həmin yoxlamalarla bağlı sənədlər də məhkəməyə təqdim edilməlidir. Vəkil eyni zamanda 2013-2015-ci illərdə maliyyə hesabatları və beynəlxalq audit təşkilatlarının bankla bağlı verdiyi rəylərin məhkəməyə təqdim olunması haqqında vəsatət verib. F.Mehdiyev bankla “Aqrarkredit” QSC arasında imzalanmış çoxtərəfli sazişlərin də məhkəmə tərəfindən araşdırılmasını istəyib.

Şahidlər də həmçinin prokuror və vəkillərin suallarını da cavablandırıblar.

“İnter Security” şirkətinin baş direktorunun müavini Şakir Məmmədov qeyd edib ki, 2014-cü ildə şirkətin mühafizəçiləri kredit götürən zaman problemlə üzləşdiklərini deyiblər:

“Mənə dedilər ki, öz işləri ilə bağlı baklardan kredit götürək istəyərkən adlarına külli miqdarda kredit borcu olduğunu öyrəniblər. Mən də bu barədə direktorumuz İbrahim müəllimə məlumat verdim. O isə məsələnin artıq həll olunduğunu dedi”.

Sıravi mühafizəçilər  – Xəqani Axundov, Anar Babayev, Müşfiq Hüseynov və Zaur Mahmudov da öz ifadələrində rəhbərliyin göstərişi ilə kredit götürdüklərini bildiriblər.  

Daha sonra Beynəlxalq Bankın Nərimonov filialının kassiri İradə Cəfərova bildirib ki, “İnter Security” MMC-nin əməkdaşlarına verilən kreditlərin hamısı ABB-nin əsas ofisinə köçürülüb. Analoji ifadələri Beynəlxalq Bankın Nərimonov filialının Marketinq şöbəsinin rəhbəri də təsdiqləyib.

Növbəti məhkəmə prosesi cümə günü, sentyabrın 2-də keçiriləcək.

Xatırladaq ki, C.Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Bununla yanaşı, C.Hacıyev fiziki şəxslərə verilmiş 47 milyon 144 min manat krediti mənimsəyib.

Ümumilikdə isə, C.Hacıyev Azərbaycan Beynəlxalq Bankına 211 milyon 597 min manat civarında ziyan vurub.

Onun həyat yoldaşı – Zamirə Hacıyeva istintaqdan yayınsa da, onun barəsində qiyabi həbs qəti-imkan tədbiri çıxarılaraq axtarışa verilib.

C.Hacıyevin məhkəmə prosesi avqustun 15-də başlanılıb və avqustun 24-nə qədər davam edib.

Mövzu ilə əlaqədar oxuyun:       

Beynəlxalq Bank Cahangir Haciyevin sürücüsünə 9 milyon manat kredit verib, özünün isə bankda limitsiz kartı olub

Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə materiallar məhkəməyə göndərilib

1news.az

Paylaş:
983

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər