Millinin baş məşqçisi: Komandama inanıram
Hazırlıq çox yaxşı keçir. Artıq 8 gündür ki, birlikdəyik.
1news.az-ın məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyunu ilə bağlı fikirlərini bildirərkən deyib.
“Düzdür, bütün oyunçular əvvəldən bizimlə birlikdə deyildi, ancaq istənilən halda, prosesin gedişindən məmnunam. Təəssüf ki, Bədavi Hüseynov və Ruslan Abışov zədə səbəbindən bizimlə birlikdə ola bilməyəcək.
Yüksək əhval-ruhiyyədə San-Marino yığması ilə oyunu gözləyirik. Futbolda hər cür nəticə ilə qarşılaşmaq olar. Biz səfərə qələbə üçün gedirik. Komandama inanıram”- deyə, R.Prosineçki vurğulayıb.
1news.az
735