İslam Kərimovun vəfatına görə Bakıda keçiriləcək tədbir ləğv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İslam Kərimovun vəfatına görə Bakıda keçiriləcək tədbir ləğv edilib

1news Redaksiyası21:41 - 02 / 09 / 2016
İslam Kərimovun vəfatına görə Bakıda keçiriləcək tədbir ləğv edilib

Özbəkistanın Azərbaycandakı səfirliyi prezident İslam Kərimovun vəfatı ilə əlaqədar bu ölkənin Müstəqillik Günü münasibətilə Bakıda keçiriləcək rəsmi tədbiri ləğv edib.

1news.az xəbər verir ki, bu barədə “Report”a Özbəkistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd edək ki, tədbirin sentyabrın 6-da keçirilməsi planlaşdırılırdı.

1news.az

Paylaş:
916

Son xəbərlər

Bütün xəbərlər