Bank of Baku-nun korporativ müştərilərinə internet bankçılıq xidməti pulsuz oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku-nun korporativ müştərilərinə internet bankçılıq xidməti pulsuz oldu

12:01 - 02 / 09 / 2016
Bank of Baku-nun korporativ müştərilərinə internet bankçılıq xidməti pulsuz oldu

Bank of Baku fiziki şəxslərlə yanaşı, internet bankçılıq xidmətinə yeni qoşulmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar üçün də xidmətdən istifadəni pulsuz etdi.

Belə ki, 01 sentyabr – 30 dekabr 2016-cı il tarixləri arasında keçirilən kampaniya çərçivəsində, internet bankçılığa qoşulmaq üçün Banka müraciət edəcək korporativ müştərilər illik xidmət haqqından azad olunmaqla xidmətdən istifadəni aktiv edə bilərlər.

Həm hüquqi, həm də fiziki şəxslər İnternet Bankçılıq xidmətinə aşağıdakı 2 üsul vasitəsilə qoşula bilərlər:

- Bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, əməkdaşlıq müqaviləsini imzalamaqla;

- 145 Məlumat Mərkəzinə zəng edərək, identifikasiya üçün tələb olunan məlumatları – soyad, ad və ata adı, Bankda qeydiyyata alınan mobil nömrə, şəxsiyyət vəsiqəsinin PIN kodu və kart və ya hər hansı hesab nömrəsini qeyd etməklə.

Bəs İnternet Bankçılıq xidmətindən istifadə korporativ müştərilərə hansı əsas üstünlükləri qazandırır?

- Olduğu məkandan asılı olmayaraq 7/24 rejimində hesablara nəzarət edilməsi;

- ASAN imza təsdiqi ilə bankdaxili və bankxarici pul köçürmələrinin heç bir limit olmadan daha sərfəli şərtlərlə həyata keçirilməsi – Bank of Baku-da olan öz şəxsi hesabları və ya digər şəxslərin hesabına köçürmələr pulsuz, ölkədaxili başqa banklarda olan şəxsi və ya digər şəxslərin hesabına köçürmələr isə off-layn rejimlə müqayisədə 50% daha ucuz;

- Bank xidmətlərindən növbə gözləmədən, əlavə vaxt itirmədən günün istənilən saatı faydalanmaq imkanı;

- Konvertasiya əməliyyatlarının icrası;

- Hesablar üzrə əməliyyatların və pul dövriyəsi tarixçəsinin izlənilməsi, kartdan-karta pul köçürmələrinin edilməsi, əmanət məbləğinin artırılması, yeni kredit sifarişinin verilməsi və s.

Korporativ müştərilərin istək və tələblərini nəzərə alaraq xidmət və məhsullarını daim yeniləyən Bank of Baku-nun sahibkarlar və hüquqi şəxslər üçün geniş çeşiddə təqdim etdiyi bu və digər korporativ bankçılıq xidmətləri haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku 

Paylaş:
945

Son xəbərlər

“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19
Bütün xəbərlər