Azərbaycanlı gözəlin şəkilləri "Dünya Gözəllik Atlasında" - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycanlı gözəlin şəkilləri "Dünya Gözəllik Atlasında" - FOTO

13:01 - 02 / 09 / 2016
Azərbaycanlı gözəlin şəkilləri "Dünya Gözəllik Atlasında" - FOTO

Dünyaca məşhur rumıniyalı fotoqraf Micaela Norok bir neçə həftə əvvəl Azərbaycanda olub.

Gözəlliyin hər yerdə olduğunu sübut etmək isdəyən dünyaca məşhur buxarestli fotoqraf Micaela Norok “The Atlas of Beauty” (Gözəllik Atlası) layihəsi üçün dünyanı gəzərək müxtəlif yaşdan və irqdən olan qadınların şəkillərini çəkir.

1news.az  xəbər verir ki, bir neçə həftə əvvəl Azərbaycanın paytaxtı Bakıda olan fotoqraf burada Fidan adlı gözəl xanımla tanış olub və onun şəklini çəkib.

Fidanın şəklini rəsmi “The Atlas of Beauty” səhifəsində paylaşaraq bu sözləri yazıb:

“Bir neçə həftə əvvəl Azərbaycanın paytaxtı Bakıda olarkən bir çox gözəl xanımlarla danışmaq imkanım oldu. Qadınların əksəriyyətinin həyat yoldaşlarının icazəsi olmadan şəkil çəkdirməkdən çəkindikləri, kişilərin hakim olduğu cəmiyyətdə vəziyyət dəyişir.

Gender bərabərliyi uğrunda mübarizə aparan azərbaycanlı qadınlar hələlik azlıq təşkil etsələr də, onların sayı artır və əminəm ki, yaxın zamanlarda bu qadınlar çoxluq təşkil edəcək.

Fidan da belə valehedici xanımlardan biridir. O, qarşılıqlı hörmət və bərabərlik olmadan münasibət qurmayacağını söyləyir.

Bəlkə bəziləri üçün bu sözlər təsirli səslənmir, amma mənə inanın ki, dünyanın bir çox yerində qadının bu sözləri səsləndirməsi böyük cəsarət və güc tələb edir.

 “Azərbaycanda qadın və kişilərin hüquqları eynidir və bu, qanunlar vasitəsilə idarə olunur”, - deyə Micaela Norok bildirib.

Micaela Norokun dünyanın müxtəlif ölkələrini gəzərək çəkdiyi şəkillərin bəzilərini sizə təqdim edirik:

Türkiyə

 

Çeçenistan

 

​İsveç

 

​Finlandiya

 

Almaniya

 

Kanada

FOTO: the.atlas.of.beauty

Cəmil Abbasov

Paylaş:
12528

Son xəbərlər

Bütün xəbərlər