Sabah bir neçə bölgədə su olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah bir neçə bölgədə su olmayacaq

17:32 - 05 / 09 / 2016
Sabah bir neçə bölgədə su olmayacaq

Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Ceyranbatan-Maştağa magistral su xəttinin yeni çəkilmiş yola düşən hissəsinin yeri dəyişdirilir.

“Azərsu” Açıq  Səhmdar Cəmiyyətimdən 1news.az-a verilən məlumata görə, Bununla əlaqədar 6 sentyabr  2016-cı il tarixində gün ərzində Abşeron rayonunun Saray, Novxanı, Mehdiabad, Digah, Fatmayı, Goradil qəsəbələrindəki bağ massivlərinə, həmçinin Bakının Sabunçu rayonunun  Ramana, və Bülbülə qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr yaranacaq.

Müvəqqəti narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
518

Son xəbərlər

Bütün xəbərlər