Rio-de-Janeyrodakı Paralimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb – FOTO | 1news.az | Xəbərlər
İdman

Rio-de-Janeyrodakı Paralimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb – FOTO

18:41 - 05 / 09 / 2016
Rio-de-Janeyrodakı Paralimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb – FOTO

Avqustun 5-də Rio-de-Janeyrodakı Paralimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın dövlət himninin müşayiəti ilə bayrağımız qaldırılıb.

Qeyd edək ki, XV Paralimpiya Oyunlarında Azərbaycan 27 idmançı ilə təmsil olunur. İdmanın altı - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə yarışacaq paralimpiyaçılarımızın altısı qadındır. Lisenziyaların sayı isə 44-dür.

Sentyabrın 7-də Rio-de-Janeyronun “Marakana” stadionunda yarışın açılış mərasimi təşkil ediləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq.

AZƏRTAC

 

Paylaş:
920

Son xəbərlər

Bütün xəbərlər