Robert Prosineçki: “Norveçlə oyunda qələbə üçün oynayacağıq” | 1news.az | Xəbərlər
Futbol

Robert Prosineçki: “Norveçlə oyunda qələbə üçün oynayacağıq”

12:01 - 05 / 09 / 2016
Robert Prosineçki: “Norveçlə oyunda qələbə üçün oynayacağıq”

Bilirdim ki, bizi çətin oyun gözləyir. Bununla belə komandam rəqibdən üstün idi və oyun bunu sübut etdi.

1news.az-ın məlumatına görə, bunu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilmiş oyunda 1:0 hesabı ilə San Marino yığmasına qalib gələn milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

“90 dəqiqə üstünlük bizdə idi. Topa nəzarət etdik, qol şansları yaratdıq. Təəssüf ki, qol şanslarından kifayət qədər istifadə edə bilmədik. Bunun üzərində işləyəcəyik. Əsas odu ki, qələbə qazandıq və mərhələyə 3 xalla başladıq.

Növbəti oyun Norveçə qarşı olacaq. Diqqəti qarşıdakı bu çətin oyuna yönəltmək lazımdır. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq”- deyə, baş məşqçi qeyd edib.

1news.az

Paylaş:
652

Son xəbərlər

Bütün xəbərlər