“Esquire” jurnalının üz qabığını bəzəyən Nəsrin Cavadzadə haqda bilmək istədiyiniz hər şey – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

“Esquire” jurnalının üz qabığını bəzəyən Nəsrin Cavadzadə haqda bilmək istədiyiniz hər şey – FOTO

18:39 - 06 / 09 / 2016
“Esquire” jurnalının üz qabığını bəzəyən Nəsrin Cavadzadə haqda bilmək istədiyiniz hər şey – FOTO

“Esquire” jurnalı 30 ölkədə nəşr olunur. “Esquire” bir zamanlar kişilərə aid jurnalın necə olması barədə təsəvvürləri dəyişdi. 

Jurnalın tarixi 1932-ci ilin noyabrında Çikaqoda Devid Smart (təsisçi) və Arnold Qinqriçin (baş redaktor) “uğurlu centlmenlər” üçün sırtıq və avara jurnal təsis etməklə başlayır. Bu da onların başlıca uğurudur,  Pikabu.ru qeyd edir.

Nəşrin əsas uğuru onun müəllifləridir. Misal üçün, Qrinqriçlə Ernest Hemenquey Nyu Yorkda 1933-cü ilin martında kitab mağazalarından birində görüşməsəydi jurnalın taleyi kimi bilir, necə olardı. Onların söhbətlərinin sonunda yazıçı qanorar haqda razılığa gəlmədən jurnal ilə əməkdaşlıq etməyə başlayır. 

 “Esquire” üçün yazan məşhurlardan biri də Selincer olur. “Esquire”də Trumen Kapotenin məşhur novellası “Tiffanigildə səhər yeməyi” dərc olunur. Bundan əvvəl “Harper’s Bazaar” bu hekayəni  “düzgün” saymayaraq nəşr etmir. “Esquire”-nin redaktorları Devid Nyuman və Robert Bentonun ssenarisi əsasında “Bonni və Klayd” filmi çəkilib.

Jurnalın hər bir üz qabığı sanki qısa filmdir. Jurnalın budəfəki nömrəsində Türkiyədə yaşayan və uğur qazanan aktrisa Nəsrin Cavadzadə çəkilib.

Sosial şəbəkələrdə sentyabr nömrəsini anons edən “Esquire” onu ən gözəl və ən istedadlı adlandıraraq qeyd edib ki, Nəsrinin şəxsiyyətinə maraq olduqca yüksəkdir. Nəsrin kimdir və Türkiyədə uğura necə nail olması ilə bağlı materiala aşağıdan tanış ola bilərsiniz.

Akademik Mirməmməd Cavadzadənin nəvəsi olan Nəsrin 1982-ci ilin iyulun 30-da Bakıda dünyaya gəlib. 11 yaşı olanda Türkiyəyə köçərək, elə oradaca Mərmərə Universitetinin “Kino və televiziya” fakültəsinə daxil olur.

Nəsrinin ilk ekran işi “Yersiz yurtsuz” serialında baş rola çəkilməklə olur. Bundan sonra isə serialın rejissoru Cemal Şan onu “Dilber'in sekiz günü” adlı filmə çəkir ki, burada Nəsrin əsas qadın rolunu ifa edir.

“Dilber'in sekiz günü” Nəsrinə yalnız şöhrət deyil, eləcə də, Ərzurum, Bursa və Ankarada keçirilən film festivallarında “Ən yaxşı qadın rolu” mükafatına layiq görülməsinə də səbəb olur. Eləcə də bu filmə görə Nəsrin Türkiyənin Kinotənqidçilər İttifaqından xüsusi mükafata da layiq görülür.

“Yersiz yurtsuz” serialından sonra Nəsrin “Samanyolu”, “Al yazmalım”, “Ağır roman yeni Dünya”, “Görüş günü kadınları” və “Küçük Ağa” adlı televiziya layihələrində də yer alır. Aktrisa öz müsahibələrində qeyd edir ki, onun karyerasında birinci yeri televiziya layihələri deyil, kino tutur.

Rejissor Həsən Tolqa Poladın çəkdiyi “Güzel günler göreceğiz” filminə görə Nəsrin mötəbər türk kino mükafatı olan “Qızıl portağal”da “Ən yaxşı ikinci dərəcəli qadın rolu”na layiq görülməklə yanaşı, həmçinin müasir türk intellektual kinosunda əhəmiyyətli obraza çevrilir.

Nəsrin türk kinosu sahəsində öz yerini daha çox Kutluq Atamanın “Kuzu” filminə çəkilməklə də möhkəmlədir. Bu filmdəki roluna görə “Qızıl portağal” mükafatına layiq görülür. “Ən yaxşı qadın rolu” mükafatlandırma mərasimində aktirsanın səmimi göz yaşları hər kəsi kövrəldir.

 “Kuzu”dan sonra “Annemin şarkısı” və “Son mektup” iri kino layihələrində rol alır. Eləcə də Nəsrin Şon Binlə birlikdə Amerikanın çəkdiyi “Əfsanə” (The Legend of Tamir Zakayev – epozodu) serialına da  çəkilir.

Hazırda Nəsrin Cavadzadə kino çəkilişlərinə fəal olaraq davam edir. Onun iştirakı ilə filmlər gələn il ekranlar da işıq üzü görəcək.

1news.az

Paylaş:
6419

Son xəbərlər

Bütün xəbərlər