AFFA UEFA-nın seçkisində kimə səs verəcəyini açıqladı | 1news.az | Xəbərlər
Futbol

AFFA UEFA-nın seçkisində kimə səs verəcəyini açıqladı

20:36 - 06 / 09 / 2016
AFFA UEFA-nın seçkisində kimə səs verəcəyini açıqladı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası UEFA prezidenti vəzifəsinə seçkilərdə kimə səs verəcəyini müəyyənləşdirib.

1news.az-ın məlumatına görə, AFFA hazırda Sloveniya Futbol Federasiyasının prezidenti vəzifəsində çalışan Aleksander Çeferinin namizədliyini dəstəkləyir.

Seçkiqabağı platformasında yer alan sosial məsuliyyət, assosiasiyalararası dialoq, UEFA irsinin davam etdirilməsi, Avropa futbol təşkilatının hər zaman zirvədə saxlanılması ilə bağlı müddəalarla tanış olduqdan sonra AFFA rəhbərliyi bu il sentyabrın 14-də, Yunanıstanın paytaxtı Afinada keçiriləcək seçkidə Aleksander Çeferinə səs verəcəyi barədə qərar qəbul edib.

1news.az

 

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər