Eks-prezidentlərin iştirakı ilə Qəbələdə beynəlxalq konfrans keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Eks-prezidentlərin iştirakı ilə Qəbələdə beynəlxalq konfrans keçiriləcək

20:58 - 06 / 09 / 2016
Eks-prezidentlərin iştirakı ilə Qəbələdə beynəlxalq konfrans keçiriləcək

Dekabrın 9-10-da Qəbələdə “Artan zorakı ekstremizm və onun qarşının alınması yolları”na həsr olunan iki günlük beynəlxalq konfrans keçiriləcək.

1news.az-ın məlumatına görə, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Konfransda ekstremizmin yayılma səbəbləri, beynəlxalq sülhə və təhlükəsizliyə müasir təhdidlər, habelə dinc yanaşı yaşamağın təmin edilməsi üçün səyləri birləşdirməyin və tolerantlıq ideyalarına əməl etməyin zəruriliyi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Madrid Klubunun prezidenti, Latviyanın sabiq dövlət başçısı Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin; Mərkəzin üzvləri – Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski, Serbiyanın eks-prezidenti Boris Tadiç, Kolumbiyanın keçmiş dövlət başçısı Andres Pastrana, Rumıniyanın eks-prezidenti Emil Konstantinesku, Xorvatiyanın sabiq Prezidenti İqor Yosipoviç, Niderland Krallığının keçmiş baş naziri Vim Kok, Bosniya və Hersoqovinanın sabiq hökumət başçısı Zlatko Lagumciya, Gürcüstanın sabiq baş nazirinin müavini Eka Tkeşelaşvili və digərləri daxil olmaqla 20-dən çox ölkənin keçmiş dövlət və hökumət başçısının, habelə nüfuzlu siyasətçilərin elm və mədəniyyət xadiminin iştirakı gözlənilir.

Qeyd edək ki, dekabrın 7-8-də isə Qəbələdə Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Madrid Klubunun növbəti illik toplantısı keçiriləcək.

1news.az

 

Paylaş:
619

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər