“Qəbələ”nin rəqibi iştirak ərizəsini UEFA-ya təqdim etdi
“Qəbələ”nin Avropa Liqasındakı rəqiblərindən olan “Sent-Etyen” iştirak ərizəsini UEFA-ya təqdim edib.
1news.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Fransa təmsilçisi qrup mərhələsinə 25 futbolçunun adını sifariş verib.
Belə ki, baş məşqçi Kristof Qaltyer Avroliqada əsas heyət üzvü kimi məhz aşağıda adları göstərilən oyunçuları müəyyənləşdirib.
Qapıçılar: 16, Stefan Ruffye, 30. Jessi Mulin
Müdafiəçilər: 2. Kevin Teofil-Katerin, 3. Pyerr-Yves Polomat, 4. Leo Lakro, 12. Çeik Mbenque, 19. Florentin Poqba, 24. Loik Perrin, 25. Kevin Malkuit
Yarımmüdafiəçilər: 5. Vinsen Payo, 6. Ceremi Klemen, 7. Brayan Dabo, 8. Benjamin Kornye, 11. Henri Sayve, 14. Cordan Veretut, 17. Ole Selnaes, 18. Fabyen Lemoin, 33. Habib Mayqa, 57. Florian Milla
Hücumçular: 9. Nolan Rou, 10. Ossama Tannane, 21. Romain Hamuma, 22. Kevin Monne-Pake, 23. Aleksander Soderlund, 27. Robert Beriç
Qeyd edək ki, “Sent-Etyen” Avropa Liqasının C qrupunda “Qəbələ”, “Anderlext” və “Maynts”la mübarizə aparacaq. Təmsilçimizin fransızlarla ilk oyunu oktyabrın 20-də səfərdə, cavab oyunu isə noyabrın 3-də Bakıda baş tutacaq.
1news.az