Qəribə oğurluq: pula əl dəymədi, özü pul verdi – FOTO
Türkiyədə maraqlı oğurluq hadisəsi baş verib.
1news.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, İzmir şəhərində transformator işlədən 60 yaşlı Təhsin Yaman adlı şəxs oğruların əlindən bezdiyi üçün yeni üsula əl atıb.
Tez-tez kabelləri oğurlanan T.Yaman oğrulara mesaj yazılan kağız, bu azmış kimi kağızın üstünə də 50 lirəni (təxminən 27 manat) transformatorun içinə qoyub. Kişi oğrulardan xahiş edib ki, kabellərə əl dəyməsinlər:
“Bu pulu götür, halal xoşun olsun. Amma kabelləri oğurlama”.
Amma bu mesaj oğruya təsir etməyib və o da qəribə addım atıb. Kabelləri oğurlayan, lakin pula əl dəyməyən oğru kişiyə belə mesajla cavab verib:
“Bu işi pul üçün deyil, zövq üçün edirəm”.
Oğru da kağızın üstünə əlavə 50 lirə qoyaraq “Ümid edirəm bu pul zərərini ödəyər” deyə qeyd edib.
Fərid Ədalət