ANAMA: Avqustda 7 milyon kvadratmetrdən çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA: Avqustda 7 milyon kvadratmetrdən çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

12:03 - 07 / 09 / 2016
ANAMA: Avqustda 7 milyon kvadratmetrdən çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən avqust ayı ərzində 7 milyon 296 min 238 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan təmizlənib. Ay ərzində 27 min 7 partlamamış hərbi sursat və piyada əleyhinə 17 mina aşkar edilərək zərərsizləşdirilib.

1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, əməliyyatlarda 505 nəfərlik əməliyyat və 125 nəfərlik inzibati heyət iştirak edib. Əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it cəlb olunub.

İndiyədək cəmi 385 milyon 710 min 321 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və partlamamış hərbi sursatların sayı 752 min 59 -dur.

Avqustda agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Goranboy, Tərtər və eləcə də Qaradağ rayonunun Güzdək qəsəbəsində həyata keçirilib.

1news.az

Paylaş:
420

Son xəbərlər

Bütün xəbərlər