Verilişdə nişanlanan azərbaycanlı evli çıxdı - VIDEO
Türkiyənin “Star” kanalında yayımlanan “Zühal Topalla” evlilik proqramında qalmaqal yaşanıb.
1news.az-ın “Qafqazinfo”-ya istinadən verdiyi məlumata əsasən, evlənmək üçün verilişə qatılan azərbaycanlı bəy namizədin həyat yoldaşı canlı efirə zəng vurub.
Məlum olub ki, İlqar əslində Azərbaycanda evil olub, hətta bir övladı da var.
Bəy namizədi isə məsələyə aydınlıq gətirməyə çalışıb:
“6-7 il əvvəl Azərbaycanda yaşayırdım, sevgilim var idi. Onun bir övladı var idi, onunla şəkil çəkdirmişəm. Bir ay əvvəl mənə zəng vurdu, dedi ki, səni unutmamışam. Mən də cavab verdim ki, evlilik verilişinə getmişəm. O da söylədi ki, səni biabır edəcəm”.
İlqarın eks-həyat yoldaşı olduğunu iddia edən Elvina xanım canlı yayıma bağlanıb, onun övladına sahib çıxmadığını söyləyib:
“Onun keçmiş arvadıyam, rəsmi nikahımız olub. O, mənim övladımın atasıdır, oğluna sahib çıxmır. Onu Azərbaycana gətizdirəcəm, analiz etdirəcəm”.
Evlilik verilişində İlqarın nişanlandığı Büşra isə üzüyü geri qaytarsa da, sonra cütlük barışıb.
1news.az