Milli imza ilə yeni ideyalar... Azərbaycan turistləri necə cəlb edə bilər? | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli imza ilə yeni ideyalar... Azərbaycan turistləri necə cəlb edə bilər?

17:47 - 08 / 09 / 2016
Milli imza ilə yeni ideyalar... Azərbaycan turistləri necə cəlb edə bilər?

Azərbaycana gələn turist axını – şübhəsiz ki, cəmiyyətin bir çox təbəqlərində geniş müzakirə mövzusuna çevrilib.

Bu məsələ gələckdə ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi kimi, eləcə də sahibkarlar üçün mövcud bisnesin istiqmətinin dəyişməsi üçün də vacibdir. Turistlər üçün təqdim edilən klassik məhsullar – milli mətbəx, geyim, musiqi, muzey, unikal tikililər (Azərbacanda bunlardan kifayət qədərdir) ilə yanaşı,  eləcə də turizm sahibkarla üçün yeni həvəs yaratmalıdır.

Turizm bir çoxlarını düşünməyə vadar edir. Bunun da bir çox səbəbləri var:

Birincisi, turist axını – bu, sadəcə maddi dividentlər deyil (şübhəsz ki, az iş də deyil), eləcə də göstərilən xidmətlər arasında rəqabət artımıdır.

İkincisi, rəqəbət bir sıra axtarışlar etməyə də vadar (Hara baxmaq? Yenisini haradan əldə etmək?).

Üçüncüsü isə, istirahət üçün gələn əcəbilər bu, ilk növbədə əyləncə, yeni təəssüratlar və buna uyğun komfortun təmin edilməsidir.

Azərbaycanın yeni iqtisadi-siyasi tarixi sovetlər dönəmi ilə sıx əlaqədardır. Sovetlər dövründə əmtəə və xidmət bazarında qıtlıq bunların yaranması zamanı təlaşa gətirib çıxardı.

Nümunə üçün Starbucks, Hard Rock Cafe, Gloria Jeans və s. kimi bir sıra brendlərin bazara daxil olmasını göstərəcəyəm.

Nadir hal deyil ki, uzun illər restoran sahəsində uğur qazanmış sahibkarlar şəbəkə restoranının tələbləri ilə bacara bilmir. Bu da bu sahədə yeni layihələr yaratmaq baxımından təcrübəsizlikdən irəli gəlir. Bu hadisə elə milli geyim, musiqi və ümumilikdə mədəniyyət sahəsində də özünü göstərir. Kommersiyalaşdıraraq nəyisə özününkü olaraq necə trend etmək olar?

Bəs bizim vəziyyətdə necə edək? Necə edək ki, “milli” o qədər dəbli olsun ki, turist Azərbaycan gerbi ilə əks olunmuş qolbağı taxarkən lovğalansın.  Və ya milli musiqimizi o qədər məşhur edək ki, buraya geniş izdiham cəlb edə bilək. Hətta onlar bu auditoriyanın dilini bilməs də sevə-sevə oxusunlar.

Bir sözlə yeni insan axını – bu, eləcə də yeni ideyaların, yeni tərzin axınıdır.

Azərbaycanlı sahibkar əlinin altında ola resurslardan istifadə etməyi bacarmalıdır. Bu, biznesdə “özününkünü” istifadə etməkdir. Yəni turistin təcrübəsindən yararlanaraq cəlbedicilikdir.

 “Milli” və yerli məhsulun müasirləşdirilməsi və kommersiyalaşdırılması iki səbəblə mümkündür:

Hazırda Azərbaycan üçün qış istirahət mərkəzlərinin liderləri ilə, eləcə də çimərlik turizmi ilə də rəqabət aparmaq qədər çətindir. Bunun səbəbi az deyil: turistik infrastruktur, aviadaşınma, ölkənin brend məhsulunun tanınması, dənizdə suyun keyfiyyəti, qiymətlərin baha olması və s. daxildir.

Azərbaycanın “haraya baxmaq” və “haradan əldə etmək” istiqamətində yaxşı imkanları var. İlkin başlanğıçlar olan yerə baxmaq lazımdır, buna görə ki, onlarda bu, baş verib, bizdə isə hələlik yox.

Onlar, turistlərin cəlb edilməsilə bağlı tez həll yolu tapmışlar kimdir? Turistlərin cəlb edilməsi üçün daxili və xarici yeni istiqamətlər nədir?

Azərbaycan yaxın xaricin nail olduğu uğurlara istiqamətini yönəltəlidir. Nümunə üçün: Gürcüstan, Ukrayna. Belə ki, “Mvzaqrebi” gürcü qrupu öz dilində oxusa da, Kiyevdə və ya Ukraynanın digər şəhərlərində öz ətrafında minlərlə insanı toplaya bilir.

Oxşar hadisəni “Okean Elza” üçün də demək olar: ukrayna dilində oxusalar da, bir çox  azərbaycanlı musiqi sevərlərin rəğbətinə qazana bilib.

Ukraynanın etnik geyimi – bu, dəblidir! Kim deyərdi ki, “Vareniki Feşn” brendə çevriləcək, onun stil ilə tikilmiş naxışlı köynəkləri məmur və biznesmenlər geyinəcək? Və ya “Qalisiya Aviasiyası”nın loqosu yay köynəklərində prestijli görünəcək? 

Kiyev, Odessa, Xarkov şəhərlərinin restoran və kafelərində, hətta ən kiçik restoran, etnik yer, müasir kafe və barlarında çoxdandır ki, yüksək rəqabət aparılır. Misalüçün, “Balovannaya Qalya” və ya “Mama Manana” kimi adlar çox dəblidir. Bu şəhərlədə restoran mühitinə fərqli mətbəx və dizayn tətbiq edilib.

Qastronom mühiti mədəniyyətin inkişafında, eləcə də turistlərin cəlb edilməsi və ölkə brendinin irəliləməsində vacib elementlərdən biridir. Bakıya son 5-7 il ərzində bir çox brendlər gəlib. Xarici ölkələrdə olan və oraların maraqlı gəzməli yerləri görən turistlər Bakıdakı əcnəbi ölkələrin nümayəndəlikləri ilə tanış olmağa can atmayacaq. Bu, təbii olaraq müsbət haldır. Lakin bu, turistin cəlb edilməsinə və ölkəyə axın etməsi demək deyil.

Turizm – turistin istirahət müddətində olduğu ölkə ilə müəyyən mənada həmahəng olmasıdır, Azərbaycanın hansısa simvolu geyinərək və ya yerli məhsuldan istifadədir.

Müsbət haldır ki, Azərbaycan turizm sahəsində sıçrayış üçün bütün ilkin şərtlərə malikdir və bunun üçün dövlətdən maliyyələşməyə də ehtiyac yoxdur. Ukrayna və Gürcüstan bunun üçün çox uğurlu nümunədir. Lakin yerli turizm məhsulunun inkişaf sürəti müxtəlifdir. Ukrayna və Moldovada Dünya Bankının baş ofisində qeyd edildiyi kimi, Cənubi Qafqaz ölkələrinin inkişaf əhatəsi ilə Ukraynanı müqayisə etmək lazım deyil. SSR-nin süqutundan sonra Ukrayna iqtisadi və siyasi cəhətdən böhran nöqtəsinə çatmayıb. Bazar iqtisadiyyatı üzən formada inkişaf edib.

Bundan əlavə, enerji sıçrayışı Azərbaycanda sahibkarlığa fərdi təsir göstərib. Bir çox şirkətlər dövlətdən icarəyə götürüldü. Belə ki, ölkənin yeni sahibkarlıq tarixi ilə müqayisədə özəl sektorun həcmi elə də geniş deyildi. Buna görə də, yerli biznes, şou-biznes, moda, dizayn və bir çox sahələrdəki kütləvi istehsalatı müəyyən mənada yalnız qonşu Gürcüstan çatmağa məcbur edilmişdi.

Yaxın zamanlardakı inşaat bumunun sayəsində Azərbaycan malikdir:

- yaxşı infrastruktur (elə həmin qonşular sayəsində) – yollar, körpülər və s;

- yaxşılaşdırılmış ictimai yerlər və onların bir mənzərəyə birləşdirilməməsi;

- müasir şəhərin atributları brend mağaza, restoran və kafelərin fonunda;

- təhlükəsizlik (statistik göstəricilər);

- lazımi naviqasiya və taksi xidmətlərinin geniş istifadə edilməsi (nümunə üçün, UBER);

- Heydər Əliyev Mərkəzi (məşhur memar Zəha Hədid tərəfindən tikilmiş), Flame Towers, Bayraq Meydanı, bərpa edilmiş bulvar, eləcə də İçəri Şəhər kimi məşhur binalar.

Tarixən Azərbaycanda var:

- Keçmiş SSR və Yaxın Şərq xalqları ilə həmahəng olmuş zəngin tarix,

- Özünəməxsus və maraqlı musiqisi,

- Təbii məhsulları,

- Çoxtərəfli memarlığı, xüsusən də paytaxtın köhnə Avropa memarlığı Şərqdə yerləşən Bakıya qonaq gəlmiş turistləri heyrətləndirə bilər.

Bəs nə çatışmır?

İlk növbədə düşüncələrdə dəyişiklik olmalıdır. Hər şeyi dövlət maliyyələşdirməməlidir. Biznesin inkişafı və turistlərin cəlb edilməsi üçün dövlət baza şərtlərini yaradıb.

Etnik geyimlər, milli musiqilərlə üslublandırılmış kafe, restoran, anti-kafelər bütün bunlar ideya, yaradıcılıq ətrafında dayanan az xərcli məhsullardır. Daha sonra biznes-mühitdə istifadə oluna bilər. Ukrayna və Gürcüstan bunun həyata keçməsində ən yaxşı nümunədir. O ölkələrdə baş verənlər bizdə də bir neçə il sonra baş verir. Bu da bunlardan istifadə etmək üçün yaxşı haldır.

Turizm – insanın özünün düşünüb yaratdığı işsizliklə mübarizə üçün daha bir imkandır.

Əl altında olan vasitələrdən istifadə etməklə kiçik sahibkarlıq, bir balaca yaradıcılıq və vətənpərvərliklə birlikdə böyük dividentlər əldə etmək olar.

Tamerlan Vahabov

Sahibkar, Ivy Group

Paylaş:
2713

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər