Mübariz Qurbanlı İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mübariz Qurbanlı İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti ilə görüşüb

19:23 - 08 / 09 / 2016
 Mübariz Qurbanlı İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti ilə görüşüb

Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın verdiyi məlumata əsasən, komitə sədri qonaqlara Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycanda müxtəlif dinlərin və konfessiyaların nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar və müstəqil formada dini ibadətlərini həyata keçirirlər. O bildirib ki, Konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət olması prinsipi yer alıb, bu dünyəvilik isə özündə dövlət-din münasibətlərini ehtiva edir. Komitə sədri qeyd edib ki, bu gün Azərbaycanda tolerantlığın mühüm elementlərindən biri onun qorunmasının dövlət siyasətinə çevrilməsidir. Yəhudilərin Azərbaycanda 2500 ildir ki məskunlaşdığını, öz adət-ənənələrini qoruyub saxladıqlarını deyən Mübariz Qurbanlı bu icmanın Azərbaycanın ictimai-siyasi həyatında yaxından və fəal iştirak etdiyini xüsusi olaraq qeyd edib.

İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinter Azərbaycana səfər proqramlarının geniş olduğunu, çoxsaylı görüş və tədbirlər keçirdiklərini bildirərək bu müddət ərzində ölkəmizi yaxından tanıdıqlarını deyib. Qonaq Azərbaycanın multikulturalizm məsələlərinə böyük önəm verən çox az sayda ölkələrdən biri olduğunu vurğulayıb. Ölkəmizdəki dövlət-din münasibətlərini, tolerantlıq ənənələrini, yəhudi icmasına göstərilən yüksək qayğı və diqqəti xüsusi vurğulayan qonaq, bunun bütün dünya üçün nümunə ola biləcəyini bildirib.

Görüşdə Azərbaycan xalqının multikultural və tolerant dəyərləri, yəhudi icmasına göstərilən diqqət və qayğı ətrafında fikir mübadiləsi aparılıb, həmçinin, İsveçrə Yəhudi İcmaları Federasiyası ilə əməkdaşlıq məsələsi  müzakirə olunub.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaqlar səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildiriblər.

Dövlət Komitəsinin sədri İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterə və qonaqlara Azərbaycandakı dini abidələrin fotoşəkillərindən ibarət kitab təqdim edib.

1news.az

Paylaş:
443

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər