Azərbaycan gəncliyinə müraciət edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan gəncliyinə müraciət edildi

14:21 - 10 / 09 / 2016
Azərbaycan gəncliyinə müraciət edildi

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Azərbaycan gəncliyinə müraciət edib.

1news.az xəbər verir ki, Komitə sədri Azərbaycan gəncliyinin bütün dövrlərdə dövlətçiliyimizin qorunmasında, ölkəmizin təhlükəsizlik və milli məsələlərində fəal rol oynadığına diqqət çəkib:

“Bu gün Azərbaycan gənclyinin səsi dünyanın ən mötəbər tribunalarından gəlir. Dünyanın ən nüfuzlu universitetlərində azərbaycanlı gənclər təhsil alır, ən mötəbər yarışlarında idmançılarımız qələbə qazanır. Belə güclü, hər zaman dövlətinin yanında olan gənclik heç şübhəsiz ki, müstəqil Azərbaycanın təhlükəsizliyinin təminatçıdır.”.

Komitə sədrinin müraciətində qeyd edilir ki, gənclərimiz bu ilin aprel hadisələrində Vətəninə, dövlətinə nə qədər bağlı olduğunu öz əməli ilə sübut etdi:

“Müstəqillliyimizin bərpasının 25 illik dövründə vətənpərvər, milli-mənəvi dəərlərimizə sadiq, savadlı gənclik formalaşıb. Bütün bunlar isə birbaşa Ümummilli lider Heydər Əliyev siyasəti və bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Biz müstəqil Azərbaycan gəncliyi ilə qürur duyuruq”.

F. Muradov qeyd edib ki, bəzi qüvvələr ölkəmizin inkişafını, Azərbaycan gəncliyinin öz dövlətinə sədaqətini qəbul edə bilmir:

“Xaricdə və daxildə olan belə qüvvələr  müxtəlif üsullarla dövlətimizə qarşı həm gizlin, həm də açıq şəkildə fəaliyyət göstərirlər. Hətta bəzən dövlətimizi təhdid etməkdən belə çəkinmirlər. Ancaq Azərbaycan dövlətini heç bir qüvvə sarsıda bilməz. Çünki bu dövlətin dayağı Azərbaycan xalqı və öz inamını ifadə etdiyi lideridir. Bu dövlət etibarlı əllərdədir.”

Komitə sədri vurğulayıb ki, Azərbaycanda vaxtilə müxtəlif cinayətlər törədənlər, sonradan bunun cavabını verə bilməyəcəklərini hiss edib xaricə qaçan nankorlar gəncliyimizi tutduqları yoldan yayındırmağa, dövlətimizi zəiflətməyə çalışırlar:

“Bu qüvvələrin  ölkəmizin düşmənləri ilə eyni mövqedən çıxış etməsini görən Azərbaycan gəncliyi onların çağırışına hər zaman olduğu kimi indi də məhəl qoymayacaq, bundan sonra da dövlətimizi dəstəkləyəcək, ölkəmizin daha da inkişaf etməsi, ərazi bütövlüyünün bərpa olunması üçün çalışacaqlar”.

Fuad Muradov niyə məhz indi gəncliyə müraciət etdiyinin səbəbini də açıqlayıb:

“Dünyada baş verən arzuolunmaz proseslər hamımızın gözü önündədir. Hər gün qanlar axıdılır, dinc insanlar qətlə yetirilir. Ancaq Azərbaycan Prezidentinin apardığı siyasət nəticəsində bu gün ölkəmiz dünyanın ən stabil, təhlükəsiz dövlətləri  sırasındadır. Bunu gəncliyimiz də yaxşı bilir, dərk edir. Əldə olunan nailiyyətləri birlikdə qorumaq hər birimizin Vətəndaşlıq borcudur. Qarşıdan Azərbaycanın həyatında çox müsbət rol oynayacaq hadisə, referendum gəlir. Tam əminəm ki, gənclərimiz hər zaman olduğu kimi bu məsələdə də öz sözünü deyəcək, xaqımıza, dövlətimizə qarşı olan çağrış sahibləri isə bir daha iflasa uğrayacaqlar”.

1news.az

Paylaş:
497

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər