UEFA Rusiya klubunu və futbolçusunu cəzalandırıb | 1news.az | Xəbərlər
Futbol

UEFA Rusiya klubunu və futbolçusunu cəzalandırıb

18:17 - 10 / 09 / 2016
UEFA Rusiya klubunu və futbolçusunu cəzalandırıb

UEFA Rusiyanın "Rostov" klubunu cəzalandırıb.

1news.az “Report”a istinadən xəbər verir ki, buna səbəb Çempionlar Liqasının “pley-off” mərhələsində Hollandiya “Ayaks”ı ilə baş tutmuş görüşdə rusiyalı azarkeşlərin irqçi şüarlar səsləndirməsi olub.

Nəticədə klub qrup mərhələsindəki ilk oyununu boş tribunalar önündə keçirəcək. Həmin oyun da elə Hollandiya klubu PSV-yə qarşı olacaq.

Üstəlik, Avropa futbol qurumu “Rostov”un 4:1 hesabı ilə qələbə qazandığı matçda kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq penaltiyə səbəb olan Fedor Kudriaşovu da 3 oyunluq cəzalandırıb.

Qeyd edək ki, “Rostov” Çempionlar Liqasının D qrupunda “Bavariya” (Almaniya), “Atletiko” (Madrid, İspaniya) və PSV klubları ilə mübarizə aparacaq.

1news.az

Paylaş:
833

Son xəbərlər

Bütün xəbərlər