Ancelina Coli suriyalı uşaqlarla – FOTO
Aktrisa Ancelina Coli vaxtının çox hissəsini qlobal problemlərə həsr etməyə davam edir.
1news.az axşam.az-a istinadən xəbər verir ki, dünən Londonda Birləşmiş Millətlər Təşkilatının (BMT) sammitində iştirak edən Coli daha sonra İordaniyanın Azrak şəhərinə yollanıb. Hollivud ulduzu orada suriyalı qaçqınların düşərgəsində olub.
Coli nitqində beynəlxalq cəmiyyəti Suriyada hərbi münaqişənin ləngiyən həllini tezləşdirməyə çağırıb. “Bizim məqsədimiz heç zaman bu qədər bir-birindən uzaq düşməmişdi” deyən Ancelina BMT-ni tənqid edərək təşkilata üzv dövlətlərin bir fikrə gələ bilməməsini pisləyib. 41 yaşlı ulduz humanitar təşkilatların maliyyələşdirilməsində çatışmazlıqlar olduğunu və Suriya qaçqınlarının lazımi dəstəyi ala bilməmələrini vurğulayıb.
BMT-nin xoşməramlı səfiri olan aktrisa suriyalı uşaqlarla söhbət edərək onlarla foto çəkdirib.
1news.az