Keçmiş futbolçu vəfat edib | 1news.az | Xəbərlər
Futbol

Keçmiş futbolçu vəfat edib

20:23 - 13 / 09 / 2016
Keçmiş futbolçu vəfat edib

Moskva “Spartak”ının keçmiş futbolçusu Artyom Bezrodnı 38 yaşında vəfat edib.

1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə “R-Sport” məlumat yayıb.

İlkin məlumata görə, idmançı səhər qaçışı zamanı ürəktutmasından ölüb.

Artyom Bezrodnı “Spartak”da 55 oyuna 10 qol vurub. O, həmçinin Almaniyanın “Bayer” və İmişlinin “MKT-Araz” klublarında forma geyinib.

Futbolçu son illər həyat yoldaşı və oğlu ilə birgə Ukraynanın Sumı şəhərində yaşayıb.

1news.az

Paylaş:
878

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər