Yağış Çempionlar Liqasının matçını təxirə saldı | 1news.az | Xəbərlər
İdman

Yağış Çempionlar Liqasının matçını təxirə saldı

23:47 - 13 / 09 / 2016
Yağış Çempionlar Liqasının matçını təxirə saldı

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində İngiltərənin "Mançester Siti" və Almaniyanın "Borussiya" (Münhenqladbax) klubları arasındakı oyun təxirə düşüb.

Axşam.az xəbər verir ki, buna səbəb isə aramsız yağan leysan yağışları olub.

"C" qrupunun görüşü çərşənbə axşamı Mançesterdə Bakı vaxtı ilə 22:45-də baş tutmalı idi.

Matçın keçiriləcəyi yeni tarix barədə məlumat verilməyib.

1news.az

Paylaş:
1701

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

23 / 05 / 2026, 13:41
Bütün xəbərlər