“Den Boş”un futbolçusu millimizə çağrıldı
19 yaşadək futbolçulardan ibarət milli komandamız sentyabrın 16-dan oktyabrın 3-nə qədər Sloveniyada təlim-məşq toplanışı keçəcək.
1news.az AFFA-ya istinadən xəbər verir ki, millimizin baş məşqçisi Nazim Süleymanov artıq heyəti də açıqlayıb. Toplanış ərzində yığmamızın iki yoldaşlıq oyunu keçirməsi də nəzərdə tutulub.
Millimizin düşərgəsinə ölkə xaricində çıxış edən iki futbolçu - Hollandiyanın "Den Boş" klubundan Ziya Əzizov və Donetsk "Şaxtyor"undan Murad Xaçayev də dəvət olunub.
Yusif Cəfərov (Kəpəz), Fuad Bayramov (AZAL), Emin Quliyev, İsmayıl İbrahimli (hər ikisi MOİK), Qara Qarayev, Aqşin Quluzadə, Emil Əliyev (hamısı İnter), Tural Bayramlı, Əli Əliyev, Xaliq İbrahimov (hamısı Sumqayıt), Kamran İbrahimov, Anton Krivotsyuk, Ömər Buludov (hamısı Neftçi), Camal Camalov (Zirə), Sərxan Əhmədli (Səbail), Elnur Orucov, Süleyman Süleymanov, Amin Seydiyev, Hacıağa Hacıyev, Rövlan Muradov, Elvin Dəmirov, Fərid Nəbiyev (hamısı Qəbələ), Murad Xaçayev (Şaxtyor Donetsk, Ukrayna) Ziya Əzizov (Den Boş, Hollandiya).
1news.az