Texniki Universitetin rektoru vəzifəsindən azad edilib
Prezident İlham Əliyev H.Ə.Məmmədovun Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Havar Əmir oğlu Məmmədov Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsindən azad edilsin”.
1news.az
1015