Moldova və Azərbaycan dostluğunun şərəfinə abidə ucaldılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Moldova və Azərbaycan dostluğunun şərəfinə abidə ucaldılıb

22:22 - 14 / 09 / 2016
Moldova və Azərbaycan dostluğunun şərəfinə abidə ucaldılıb

Moldova Respublikasının Sıncerey şəhərində Moldova və Azərbaycan xalqlarının dostuluğunu təcəssüm etdirən “Dostluq qapısı” abidəsinin təntənəli açılış mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, abidə Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü və maliyyə dəstəyi ilə, Moldova və Azərbaycan xalqlarının dostluğu şərəfinə Sıncerey şəhərinin girişində, beynəlxalq dərəcəli yolayrıcında ucaldılıb. Azərbaycanlı memar Azər Məmmədov layihədə Azərbaycan və Moldova memarlıq ornamentlərindən istifadə edərək hər iki xalqın memarlıq ənənələrinin sintezinə nail olub.

Tədbirdə iştirak edən Sıncerey şəhərinin meri George Braşovski “Dostluq qapısı” abidəsinin şəhərin memarlığına sanballı tövhə olduğunu bildirərək, Moldova Azərbaycanlıları Konqresinə təşəkkür edib.

Abidənin açılışının əlamətdar hadisə olduğunu deyən Moldova Respublikasının mədəniyyət naziri Monika Babuk Moldova Azərbaycanlıları Konqresinin səmərəli fəaliyyətini yüksək dəyərləndirib. O, eyni zamanda “Dostluq qapısı”nın gələcəkdə turistlərin marağını cəlb edən məkan olacağını əminliklə vurğulayıb.

Abidənin Moldova-Azərbaycan dostluğu şərəfinə Sıncerey şəhərinə hədiyyə edildiyini deyən Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov isə əlavə edib ki, “Dostluq qapısı” iki ölkə arasındakı ənənəvi dostluğun yeni bir simvolu olacaq.

Abidənın açılışında Moldova Respublikası Prezident Aparatının rəhbəri, Ion Paduraru, Moldova Elmlər Akademiyasının prezidenti George Duka, Azərbaycan Respublikasının Moldovadakı Səfirliyinin müvəqqəti işlər müvəkkili İlham Ağayev, Moldovanın tanınmiş şairi və siyasi xadim İon Xadırka, eləcə də digər tanınmiş ictimai-siyasi xadimlər, elm və incəsənət adamları, Azərbaycan Konqresinin üzvləri və Sıncerey şəhərinin sakinləri iştirak edib.

1news.az

 

Paylaş:
518

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər