Millimiz İspaniya yığmasına qarşı
Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası ikinci oyununu keçirəcək.
1news.az xəbər verir ki, millimiz bu gün yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə sentyabrın 16-da, saat 03.00-da) Kolumbiyanın Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində İspaniya yığması ilə qarşılaşacaq.
Qarşılaşmanı Alessandro Malfer (İtaliya) idarə edəcək. İkinci hakim çexiyalı Ondrej Cerny, üçüncü hakim isə Belçikanı təmsil edən Pascal Lemal olacaq.
Qeyd edək ki, millimiz dünya çempionatında keçirdiyi ilk oyunda Mərakeş yığmasını 5:0 hesabı ilə məğlub edib.
1news.az
722