MSK dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlara başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

MSK dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlara başlayıb

10:47 - 15 / 09 / 2016
MSK dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlara başlayıb

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinə (referenduma) hazırlıqla əlaqədar irimiqyaslı layihələr davam etdirilir.

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 15-dən etibarən dairə seçki komissiyalarının kompüter  mütəxəssisləri üçün seminarlara başlayıb.

1news.az-a MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən verilən xəbərə görə, layihənin həyata keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının kompüter  mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin daha da təkmilləşdirilmiş imkanları barədə praktiki məlumat vermək, onlara əyani şəkildə istifadə imkanı yaratmaq, o cümlədən mütəxəssisləri maraqlandıran məsələlərə yerindəcə aydınlıq gətirməkdir.

Seminarlar çərçivəsində səsvermə günü məlumatların MSK-ya ötürülməsi üçün hazırlanmış xüsusi proqram modullarından test rejimində istifadə ediləcək ki, bu da kompüter  mütəxəssislərinin praktiki biliklərini və iş təcrübələrini daha da artıracaq və səsvermə günü sözügedən sistemdən peşəkarcasına istifadəni təmin edəcək.

Ümumxalq səsverməsinə (referenduma) hazırlıqla əlaqədar Mərkəzi Seçki Komissiyasının son maarifləndirmə layihələrindən olan dairə seçki komissiyalarının kompüter  mütəxəssisləri üçün seminarların 3 gün davam etməsi və sentyabrın 17-də başa çatması nəzərdə tutulur.

1news.az

Paylaş:
462

Son xəbərlər

Bütün xəbərlər