Gəncədə qeyri-adi quyruqlu yumurta – FOTO
Həyatda qeyri-adi hadisələr tez-tez baş verir. Nə bilim, insan sifətli quzu, altı ayaqlı keçi, iki başlı buzov və s... Hərənin bir cür yozduğu bu kimi anormal halla Gəncədə Kazımovlar ailəsi qarşılaşıb.
1news.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncədə olan bu qeyri-adi görünüşlü yumurtalar ətrafda olan hər kəsi heyrətləndirir.
Quyruqlu yumurta sanki insan rüşeymini xatırladır. Görənlər onu butaya da bənzədir.
Mütəxəssis Mahir Hazıyev deyib ki, belə yumurtaların əmələ gəlməsinə quşlarda yumurta borusu xəstəliklərinin yaranması səbəb olur:
“Bu da yemləmə, bəsləmə faktoruyla bağlı olur. Quşlarda müəyyən mineral maddələrin çatışmazlığı zamanı yumurta borusunda yaranan xəstəlik nəticəsində buna bənzər formalarda yumurtalar əmələ gəlir”.
Odur ki, Kazımovlar bəslədikləri quşlarını baytara göstərsələr yaxşı olar. Çünki, toyuqda xəstəlik davam etdiyi müddət ərzində bu halla təkrar qarşılaşa bilərlər.
Mütəxəssis qeyri-adi görünüşə malik bu yumurtanın daxilində də müəyyən çatışmazlıqlar ola biləcəyini istisna etmir. Belə ki, yumurta iki sarılı və ya sarısız ola bilər.
1news.az