MDB-yə sədrlik Rusiyaya keçəcək
![MDB-yə sədrlik Rusiyaya keçəcək](/images/articles/2016/09/16/thumb_20160916114014962.jpg?2021-02-17+09%3A23%3A32)
Bu gün MDB-nin Bişkekdə keçirilən sammitində quruma sədrliyin 1 yanvar 2017-ci ildən Rusiyaya keçməsi barədə qərar qəbul edilib.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Qırğızıstan prezidenti Almazbek Atambayev bildirib.
A. Atambayev prosedura uyğun olaraq MDB dövlət başçıları Şurasının iclasında Rusiya prezidenti Vladimir Putinə Rusiyanın MDB-yə sədrliyi qəbul edib-etmədiyi barədə sual verib. V. Putin isə bu vəzifəni şərəflə qəbul etdiklərini bildirib.
1news.az
1962