116 nəfər əlilliyi olan şəxs istirahətə göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

116 nəfər əlilliyi olan şəxs istirahətə göndərilib

11:40 - 16 / 09 / 2016
116 nəfər əlilliyi olan şəxs istirahətə göndərilib

Bu həftə 116 nəfər əlilliyi olan şəxs Lənkəran və Şəki rayonlarında yerləşən istirahət və sağlamlıq mərkəzlərinə istirahətə göndərilib.

1news.az-ın məlumatına görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq həyata keçirilib.

İstirahətə yola salınan əlillər onların sosial müdafiəsinin gücləndirilməsi, habelə yaz-yay mövsümündə mənalı istirahət etmələri üçün görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.   

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və  proqramlar şöbəsinin müdiri Vüqar Behbudov bildirib ki, “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən bu il 1015 nəfər əliliyi olan şəxsin istirahətinin təşkil edilməsi nəzərdə tutulub.

Həmin vətəndaşlardan artıq 975 nəfəri Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı müvafiq müəssisələrə istirahətə göndərilib. Digər şəxslərin də yaxın günlərdə istirahətə yola salınması təmin olunacaq.

Qeyd edək ki, əlillərin istirahət və sağlamlıq mərkəzlərinə aparılması və istirahət müddəti bitdikdən sonra geri qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir.

1news.az

 

Paylaş:
418

Son xəbərlər

Bütün xəbərlər