Dəmir yolunda yükdaşıma 18%, sərnişindaşıma 3% azalıb
Dəmir yolu nəqliyyatı ilə 2016-cı ilin yanvar-avqust ayları ərzində 9,5 mln. ton yük, 1 mln. 235,3 min sərnişin daşınıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən APA-ya məlumat verilib.
Komitədən bildirilib ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 17,6%, sərnişin daşınmasında isə 3% azalma müşahidə olunub.
Orta hesabla sutkada 433 vaqon yüklənib, 410 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,7 min ton, Qərb istiqaməti üzrə 4,8 min ton, Cənub istiqaməti üzrə isə 1,8 min ton yüklənmə işi yerinə yetirilib.
1news.az
430