Akif Çovdarovun məhkəməsi təxirə salındı | 1news.az | Xəbərlər
Cəmiyyət

Akif Çovdarovun məhkəməsi təxirə salındı

14:29 - 20 / 09 / 2016
Akif Çovdarovun məhkəməsi təxirə salındı

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmə təxirə salınıb.

1news.az lent.az-a istinadən xəbər verir ki, A. Çovdarovun vəkilləri məhkəmədən onlara bildiriş gəlmədiyini əsas gətirərək prosesə gəlməyiblər.

Bundan sonra dövlət tərəfindən ittiham olunan şəxslərə vəkil təyin edilib. Lakin ittiham olunan şəxslər həmin vəkildən imtina ediblər.

Məhz buna görə də məhkəmə təxirə salınıb. Məhkəmə baxışı oktyabrın 4-nə təyin edilib.

1news.az

Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər