Ekoloji Turizm Şurasının ilk iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ekoloji Turizm Şurasının ilk iclası keçirilib

15:18 - 20 / 09 / 2016
Ekoloji Turizm Şurasının ilk iclası keçirilib

Sentyabrın 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində təbiət turizmi üzrə ixtisaslaşan şirkət və qrup nümayəndələrinin də daxil olduğu Ekoloji Turizm Şurasının ilk iclası keçirilib.

1news.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin, turizm şirkətlərinin, dağçılıq təşkilatlarının, ictimai qurumların nümayəndələrindən ibarət olmaqla yaradılmış Ekoloji Turizm Şurasının sədri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iclasda iştirak edib.

Tədbirdə, Şuranın Əsasnaməsinin qısa zamanda hazır olacağı, Şuranın yaradılmasının məqsəd və məramı, qarşıda duran məsələlər, təbiət turizmi sahəsində nəzərəçarpacaq artımın olduğu, turizmin genişləndiyi, təbiətə kütləvi axının baş verdiyi bir vaxtda təbiətlə münasibətdə düzgün yanaşmanın vacibliyi, qarşıya çıxan problemlərin aradan qaldırılması, təbiətə qayğıkeş münasibəti formalaşdıran tərbiyəvi tədbirlərin görülməsinə ehtiyacın olması, gələcəkdə turizmin inkişafı sahəsində birgə fəaliyyətin həyata keçirilməsinin vacibliyi məsələlərinə toxunulub.

İclasda həmçinin, ekoturizm marşrutlarının pasportlaşdırılması, Milli Parklarda və meşə ərazilərində marşrut sxemlərinin hazırlanması, marşrutlar üçün texniki təchizatın lazımı səviyyədə təmin edilməsinin vacibliyi, təhlükəsizlik tədbirlərinin görülməsi barədə fikir mübadiləsi aparılıb, Ekoloji Turizm Şurasının üzvü olan şirkət nümayəndələrinə qısa müddətdə qeyd olunan  sahələr üzrə təkliflərini hazırlayaraq Şuranın katibliyinə təqdim etməsi qeyd edilib.

1news.az

 

Paylaş:
584

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər