İslam dünyası Qədir-Xum bayramını qeyd edir | 1news.az | Xəbərlər
Cəmiyyət

İslam dünyası Qədir-Xum bayramını qeyd edir

10:27 - 20 / 09 / 2016
İslam dünyası Qədir-Xum bayramını qeyd edir

Hicri-qəməri tarixi ilə bu gün, zilhiccə ayının 18-də İslam dünyasının əhəmiyyətli bayramlarından olan Qədir-Xum bayramı qeyd edilir.

1news.az SalamNews-a xəbər verir ki, hicrətin 10-cu ili (miladi 632-ci ilin mart ayı) Həzrət Məhəmməd Peyğəmbər (s) Allahın buyruğuna müvafiq olaraq Həzrət Əlini (ə) özünə canişini təyin edib.

Həmin hadisə zilhiccənin 18-nə təsadüf edib. Qədir-Xum Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum bölgəsində baş vermiş məşhur hadisədir.

Tarixi hədislərə əsasən, Həzrət Peyğəmbər (s) 100 min nəfərdən çox səhabə ilə birlikdə son həccini yerinə yetirdikdən sonra zilhiccə ayının 14-də Məkkəni tərk edib və Mədinə şəhərinə tərəf üz tutub. Məhz Məkkə ilə Mədinə arasında, Cühfə kəndi yaxınlığındakı Qədir-Xum vadisində bu hadisə baş verib.

Allah-Təala öz Peyğəmbərinə aşağıdakı ayəni vəhy edib: “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!” (“Maidə”, 67).

Bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) karvana köç salmaq əmrini verib. Həzrət Məhəmməd Peyğəmbər (s) camaatla zöhr namazını qıldıqdan sonra isə Həzrət Əlini (ə) hündür bir yerdə öz xəlifə və canişini elan edir. Bundan sonra digər səhabələr Həzrət Əliyə (ə) yaxınlaşaraq, onu təbrik ediblər.

Belə bir hadisənin baş verməsini heç bir islam alimi (məzhəbindən və təriqətindən asılı olmayaraq) inkar etməyib. Bir çox müsəlman alimləri bu günün əsrlər boyu müsəlmanlar arasında bayram kimi keçirildiyini qeyd ediblər.

1news.az

Paylaş:
400

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər