Milyarderin boşanmağı başına bəla oldu – 1,1 milyard dollar təzminat
Həyat yoldaşından boşanan çinli biznesmen Zhou Yahuinin, dünya tarixində bu vaxta qədər ödənilən ən böyük təzminatı ödəməsi gündəmdədir.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, milyarderin tez-tez xarici ölkələrə səfərlər etdiyi üçün arvadı Li Qionqun sərt etirazı ilə üzləşdiyi və cütlüyün buna görə boşandığı bildirilir.
İddialara görə, Yahuidən 1,1 milyard dollar təzminat ödəmək tələb edilib. Əgər məhkəmə bu barədə yekun qərar verərsə, bu, ən bahalı boşanma kimi dünya tarixinə düşəcək.
Qeyd edək ki, oyun şirkəti “Kunlun Tech” və evləndirmə saytı “Grindr”ın rəhbəri olan Zhou Yahuinin 3,5 milyard dollar sərvəti var. O, “Forbes” jurnalının açıqladığı “Dünyanın ən varlı adamları” siyahısında da yer alıb.
Fərid Ədalət