Əsgər zəng edib millət vəkilini toyuna çağırdı – “Vur komandir, vur!”
Bu gün hərbi qulluqçumuz İlkin Muradovun toy mərasimidir.
1news.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə “Facebook” profilində məlumat paylaşıb.
Deputat deyib ki, silahlı qüvvələrimizin müddətdən artıq xidmət edən hərbi qulluqçusu İlkin Muradovun toy mərasimi Neftçala rayonunda keçiriləcək:
“Zəng edərək toya şəsxən özü dəvət edib. Gül dəstəsini artıq bağlatdırmışam, bir qədər sonra onun yaşadığı kəndə yola düşürəm”.
Xatırladaq ki, İlkin Muradov 12 noyabr 2014-cü il tarixində ordumuzun mövqelərinə hücum etməyə cəhd edən düşmən helikopterini məhv edən hərbçi kimi tarixə düşüb. Həmin görüntülər “Vur, komandir, vur!” ifadəsi ilə məşhurlaşıb.
1news.az
3032