Bakıda evdən yarım milyon manatlıq qızıl oğurlanıb
Bakıda mənzildən 500 min manatlıq qızıl-zinyət əşyaları və 50 min manat pul oğurlanıb.
1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.
Belə ki, 34 yaşlı Ləyaqət Misirova Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsinə müraciət edərək bu ilin avqust ayından sentyabrın 18-dək yaşadığı mənzildən 500 min manatlıq qızıl-zinət əşyaları və 50 min manat pul oğurlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
1news.az
857