MFL müraciətlərin çoxluğunu nəzərə alaraq qeydiyyat müddətini uzatdı | 1news.az | Xəbərlər
Futbol

MFL müraciətlərin çoxluğunu nəzərə alaraq qeydiyyat müddətini uzatdı

17:06 - 21 / 09 / 2016
MFL müraciətlərin çoxluğunu nəzərə alaraq qeydiyyat müddətini uzatdı

Sentyabrın 21-də MFL təşkilatçısı olduğu həvəskar futbolçuların liqasında iştirak etmək istəyən komandaların kapitanları ilə görüş keçirdi.

1news.az-ın verdiyi xəbərə görə, görüşdə kapitanlara liqa haqqında təqdimat edildi, liqanın vəzifəsi, strukturu və liqada 1 il ərzində davam edəcək xüsusi tədbirlər haqqında geniş məlumat verildi.

MFL istər bundan öncəki turnirlərində, istərsə də liqada komandaların istəklərinin, onların təkliflərinin önəmli olduğunu bir daha göstərdi. Çempionatın qaydalarında və reqlamentində ən kiçik dəyişikliyi belə yalnız komandalarla müzakirədən sonra reallaşdırmaq ənənəsinə yenidən sadiq qaldı. Komandaların kapitanları ilə müzakirə şəraitində keçən görüşdə məlum oldu ki, əksər komandalar oyunçuları yığmaqda çətinlik çəkir. Müraciətlərin çoxluğunu nəzərə alaraq, qeydiyyat müddəti oktyabrın 1-nə qədər uzadıldı.

Qeyd edək ki, bu, sənədləri təqdim etmək və qeydiyyatdan keçmək üçün son tarixdir.

Qeydiyyat bitdikdən sonra, oktyabrın 5-də püşkatma günü keçiriləcək, oyunlar isə oktyabrın 6-dan start götürəcək.

Kapitanlarla görüşdə onlayn qeydiyyat prosesinin sadələşdirilməsi məsələsinə də toxunuldu. Müzakirələrdən sonra qərara alındı ki, komandalar həm www.mfl.az saytından, həm də [email protected] elektron ünvanına yalnız şəxsiyyət vəsiqələrinin surətini və əlaqə vasitələrini göndərməklə qeydiyyatdan keçə bilərlər.

TNT kuryer şirkətinin nümayəndəsi isə qeydiyyat prosesinə dəstək olmaq üçün bildirdi ki, komandalar şirkətlə (012) 496-86-54; (050) 409-52-20) əlaqə saxlayıb “MFL-ə sənəd göndərmək istəyirik” açar sözünü deməklə, sənədləri kuryer vasitəsilə olduqları yerdən MFL-ə pulsuz göndərə bilərlər.

Qeyd edək ki, MFL-ə qeydiyyat üçün komandaların ödəyəcəyi rüsumun dəyəri 1000 AZN-dir. Ödəniş 2 mərhələli olacaq. Rüsumun ilk 50%-i oktyabrın 5-nə, ikinci 50%-i isə noyabrın 18-nə kimi ödənilməlidir.

Liqanın oyunları 2 mini stadion kompleksində - “Sportster” (Bakı Olimpiya Stadionu) və “Azfar” (“Şəfa” stadionu) meydançalarında təşkil olunacaq. Konferensiyaların ev meydançaları yarı mövsümdən sonra rotasiya olunacaq.

Bundan əlavə, liqanın texniki təminatı və reqlamentində də komandaların təklifləri əsasında əlavələr və təkmilləşdirmələr ediləcək.

Bu ilin payızından gələn ilin yayına qədər davam edəcək liqada komandaları 38 oyun, dünyanın veteran futbol əfsanələri ilə görüş, xarici klublarla yoldaşlıq matçları, bir-birindən həyəcanlı hədiyyəli yarışlar, foto-video çəkilişlər və təbii ki, əsas mükafat – 10 000 AZN gözləyir!

Liqanın başlamasına az qaldı! Bütün komandaları qeydiyyatdan keçməyə, MFL-də futbolu tam fərqli yaşamağa və oynamağa dəvət edirik.

Mövzu ilə əlaqədar oxuyun:       

MFL Azərbaycanın həvəskar futbol komandaları arasında 10 000 manatlıq çempionat keçirəcək - FOTO - VİDEO

1news.az

Paylaş:
1035

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər