Qəbələdə sizin sağlamlıq və gümrahlıq məkanınız “Chenot Palace Health Wellness Hotel” – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə sizin sağlamlıq və gümrahlıq məkanınız “Chenot Palace Health Wellness Hotel” – FOTO – VİDEO

10:50 - 21 / 09 / 2016
Qəbələdə sizin sağlamlıq və gümrahlıq məkanınız “Chenot Palace Health Wellness Hotel” – FOTO – VİDEO

Sağlamlıq və gümrahlıq mütəxəssisi olan Anri Şeno Azərbaycanda müasir sağlamlıq və gümrahlıq məkanını təqdim edir.

Mükəmməl detoks və gümrahlaşdırıcı Şeno metoduna əsaslanan yeni otel, heyranedici Qəbələdə möhtəşəm şam ağaclarının sükut və əmin-amanlığı ilə əhatə olunmuş Nohur gölünün sahilində yerləşir.

Əgər “Chenot Palace Health Wellness Hotel”in fəlsəfəsi mənzərə dilinə tərcümə oluna bilsəydi, o, Qəbələ regionunun meşələrinin əmin-amanlığı, göllərinin sükutu, şəlalələrinin enerjisi və təpələrinin zərifliyi olardı. Nəfəskəsici gözəllik ilə birgə həm də  sakitlik və enerjinin unikal kombinasiyasını təklif edən ideal bir məkan.

“Chenot Palace Health Wellness Hotel”  insanlarla və avtomobillərlə aşıb-daşan şəhərlərin səs-küy və qayğılarından uzaqlaşmaq və gündəlik həyatın bizdən aldığı enerjini bərpa etmək, güc və enerji toplamaq üçün mükəmməl bir yerdir.

Yeni məkanın açılması ilə birgə otelin terapevtik yanaşması da genişlənib. Tibbi spa mərkəzi 6000 kvadrat metri əhatə edir və bura ən son texnologiyalara uyğun diaqnostik texniki avadanlıqlarla təchiz edilib. Güclü və unikal Şeno metodu müalicə protokolları ilə birgə bu, otelin ixtisaslaşmış mütəxəssislərinə hər bir qonağı onun şəxsi gümrahlığına uyğun olaraq individual proqram ilə təmin etməyə imkan verir.

Fiziki gümrahlıq üçün təchiz olunmuş qabaqcıl metabolizmin optimallaşdırılmasına nail olan Metabolizm Laboratoriyası ilə birgə təkmil İnsan Fəaliyyəti Şöbəsi; bütün bədənin krioterapiyası üçün  -110° C –lik kriokamera; fitnes skrinninq üçün İdman Laboratoriyası, Anti-qravitasiya texnologiyaları və Normobaric Hipoksik (azaldılmış oksigen) mövcuddur.

İndividual Gümrahlıq proqramı məhz Doktor Anri Şenonun 45 ildən daha uzun bir müddətdə təkid və səylə çalışmasının nəticəsidir. Bu metod şəxsin tam həyati harmoniyasını təmin etmək üçün onun bədəni, zehni və emosiyaları üzərinə diqqətimizi yönəltməyə əsaslanır.

“İnsanlar uzun müddət yaşayırlar və onlar öz fəaliyyətlərini gəncliklərində olduğu vəziyyətdə saxlamağa ehtiyac duyurlar. Bizim əsas məqsədimiz bədənin bütün hüceyrələrinin bir-biri ilə harmoniyada olduğu, həyat enerjisi ilə dolu və tam funksional gümrah bir bədən ilə təmin etməkdir.  Bu, bizim qürur, peşəkar qayğı və komanda ruhu ilə həyata keçirdiyimiz bir məqsəddir”- deyə, Doktor Anri Şeno deyir.

İllər boyunca, bu prinsip “Chenot Palace Health Wellness Hotel”də qısa zaman müddətində tətbiq olunan güclü müalicə protokollarının unikal təsirini yaratmağa imkan verdi. Bu unikal metodlar bədəni toksinlərdən təmizlənmək, qidalandırıcı maddələri mənimsəmək, tonus və enerji səviyyəsini artırmaq və uzunmüddətli fizioloji faydaları balanslaşdırmaq üçün stimulyasiya edir. Bu nəticələr, həyat tərzini  fərdi ehtiyaclara uyğun olaraq dəyişdikdə daha effektiv olur.

Düzgün diaqnoz, çox mühüm olan hərtərəfli yanaşmadan sonra təyin olunur və bu otelə gələn qonaqların fərdi gümrahlıq vəziyyəti barədə məlumatlı olmağa imkan verir ki, bunun da əsasında onlar üçün fərdi  müalicə planı hazırlanır. Nəzərdə tutulan müalicə prosedurları orqanizmi özünün daxili müalicəsini əmələ gətirməyə sövq edir və enerjililik, funksionallıq, daxili harmoniya ilə özünü göstərir.

Qonaqları bu gümrahlaşma yolunda daxili tibb, kardiologiya, idman gümrahlığı, enerjiverici proseduralar, akupunktura, estetik tibb, qidalanma, osteopatiya, fizioterapiya və fitness üzrə Avropanın yüksək səviyyəli tibbi mütəxəssisləri müşayiət edir.  Bu komanda aktiv olaraq dünyanın ən tanınmış beynəlxalq tibbi konqreslərində təqdim olunan ən son tədqiqatlarda iştirak edir və öyrənirlər. Buna görə də, otel mükəmməl və uzunmüddətli nəticələr verən ən son və effektiv texnika və texnologiyalar ilə təmin etmək iqtidarındadır.

“Chenot Palace Health Wellness Hotel”də tətbiq olunan metodun ayrılmaz hissəsi olan Şeno pəhrizi göstərir ki, individual gümrahlıq yalnız ən yaxşı inqredientlərdən asılı deyil, bu eləcə də, kalori sıxlığından, qida dəyərindən, unikal hazırlanma üsulu və zərif dad və incə təqdimatı özündə birləşdirən bişirmə prosesindən asılıdır. Pəhriz, orqanizmin təmizlənməsi və balanslaşdırılması üçün çox mühüm əhəmmiyyətə malikdir. O, yaşlanmaya və iltihaba qarşı fəaliyyətə malik hüceyrələrin bərpasını stimulyasiya edir. Pəhriz və müalicə prosedurlarının kombinasiyası daxili və xarici gümrahlığı təmin edir. Oteldə gündəlik həyatda qidalanma ilə bağlı irəli sürülən təkliflər hər kəsə uzunmüddətli gümrahlıq təmin edən daha sağlam həyat tərzi əldə etməyə kömək edir.

26 hektarlıq nəhəng park:  Nohur  gölü,  hovuzlar, həmçinin şəlalələrdən ibarət gözəl mənzərə təqdim edir. Qəbələ mənzərəsinin bəxş etdiyi rahatlıq hissi insanları gəzintilərə çıxmaq və qaçış kimi fiziki hərəkətlər etməyə həvəsləndirərək həyat enerjilərini artırmağa sövq edir. Açıq hovuz mükəmməl bir rahatlıq ab-havası yaradır.

Təbii material və rənglər sayəsində “Chenot Palace Health Wellness Hotel”-i onu əhatə edən təbiət ilə harmoniyayla uyğunlaşır. Onun axıcı formaları və işıqları harmoniya və rahatlıq hissi bəxş edir. İnteryer dizayn, hətta onun ən kiçik detalları belə təbiətdən ilhamlanıb: böyük pəncərələr mənzərəli görünüş ilə təmin edir, təbii ağacdan hazırlanmış döşəmələr və sadə dizayn olunmuş mebel yüngüllük hissi verərək mülayim, qayğıkeş və ilhamverici bir atmosfer yaradaraq qonaqların tam rahatlığı və bərpasını təmin edir.

Hər bir pəncərə, eyvan və terrasdan açılan zərif və heyranedici görünüş bizim 72 otaq və şəxsi SPA mərkəzi olan 3 villanın xarici və daxili sahəsini birləşdirir.

Dövrümüzdə dəbdəbənin əsas mahiyyətinin fiziki və zehni gümrahlıq ilə heç bir əlaqəsi yoxdur. Lakin, bizim həyatımızın keyfiyyətini və orqanizmimizin funksionallığını uzunmüddətli bərpa etmək imkanımız var. Buna görə də, öz gümrahlığının qayğısına qalan və sağlamlığını uzunmüddətli yaxşılaşdırmaq istəyən hər bir kəs ideal istirahət və gəncləşmənin mükəmməl harmoniyasını təmin edən “Chenot Palace Health Wellness Hotel”-ə  güvənə bilər.

Ətraflı məlumat üçün:

Email: mailto:[email protected]

Web: www.chenotpalace.com

Paylaş:
1161

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər