Referendum günü 1000 seçki məntəqəsində veb-kamera quraşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Referendum günü 1000 seçki məntəqəsində veb-kamera quraşdırılacaq

23:38 - 21 / 09 / 2016
Referendum günü 1000 seçki məntəqəsində veb-kamera quraşdırılacaq

Mərkəzi Seçki Komissiyası sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar veb-kameraların quraşdırılması ilə bağlı qərar qəbul edib.

1news.az xəbər verir ki, qərara əsasən, səsvermə günü seçki məntəqələrində referendum prosesinin əvvəldən axıradək izlənilməsi məqsədilə 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılması nəzərdə tutulub.

Bu fəaliyyət başa çatdıqdan sonra veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı səsvermə gününə azı 2 gün qalmışadək dərc edilməklə ictimailəşdirilməlidir.

1news.az

 

Paylaş:
735

Son xəbərlər

Bütün xəbərlər