Dövlət Komitəsi daha 10 dini icmaya maliyyə vəsaiti ayırdı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsi daha 10 dini icmaya maliyyə vəsaiti ayırdı – FOTO

16:07 - 22 / 09 / 2016
Dövlət Komitəsi daha 10 dini icmaya maliyyə vəsaiti ayırdı – FOTO

Sentyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

1news.az-ın məlumatına görə, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdəki dini durum barədə toplantı iştirakçılarına geniş məlumat verərək bildirib ki, müstəqillik əldə etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib, dinə dövlət qayğısı özünün ən yüksək həddinə çatdırılıb.

Dövlət Komitəsi sədrinin birinci müavini bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək, hazırda bu siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, dövlət başçısının ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb.

S.Salahlı dövlətin daim dindarların və dini icmaların yanında olduğunu, mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə vəsaiti ayırdığını vurğulayıb. Dini icmalar tərəfindən təqdim edilən layihələrin məqsədinin yerlərdə dini maarifləndirmə işlərinin genişləndirilməsi, xalqımızın tolerant və multikultural dəyərlərinin ictimaiyyətə dolğun formada çatdırılması olduğunu vurğulayan sədr müavini müvafiq sərəncamı dövlətin dinə qayğısının ən bariz nümunəsi kimi qiymətləndirib.

Komitə sədrinin birinci müavini, eyni zamanda, dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini tövsiyə edib.

Maliyyə vəsaiti ayrılan Göyçay rayonu Potu kənd məscidi dini icması “Tolerantlıq ənənələrinin qorunub-saxlanılması”, Ağstafa rayon Dağ Kəsəmən kənd “Eyyub Ağa” məscidi dini icması “Tolerantlıq – radikalizmə alternativ kimi”, Quba rayonu Zizik kənd məscidi dini icması “Ənənəvi İslam və multikultural dəyərlərin təbliği”, Qobustan şəhəri “Heydər” məscidi dini icması “Gənclərin radikal təsirlərdən qorunması”, Zərdab rayonu Allahqulubağı kənd məscidi dini icması “Dini radikalizm və onun cəmiyyət üçün təhlükələri”, Şəki şəhər mərkəzi “Cümə”  məscidi dini icması "Dini radikalizmlə mübarizə hər birimizin borcudur", Bakı şəhəri Yasamal rayonu “Qasımbəy” Cümə məscidi dini icması “Dini radikalizm və ekstremizmlə mübarizə”, Bakı şəhəri Səbail rayonu İçərişəhər “Cümə” məscidi dini icması “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu”, Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi “Şamlı” məscidi dini icması “Dini ekstremist fəaliyyətə və radikal təsirlərə qarşı mübarizə” , Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi “Şıxlar” məscidi dini icması “Dini radikalizmin təzahür formaları və onunla mübarizənin əhəmiyyəti” layihələrini həyata keçirəcəklər. Dini icmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə keçirdikləri tədbirlərdə iştirakçılara dini maarifləndirmə xarakterli çap məhsulları da təqdim edəcəklər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən indiyədək 131 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 112-i isə İslam dini icmasıdır.

1news.az

Paylaş:
530

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər