Azərbaycanda Tullantıların İdarəedilməsi Mərkəzi istismara verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda Tullantıların İdarəedilməsi Mərkəzi istismara verilib

16:23 - 23 / 09 / 2016
Azərbaycanda Tullantıların İdarəedilməsi Mərkəzi istismara verilib

Sentyabrın 23-də SOCAR-ın Bakının Qaradağ rayonu ərazisində tikilən Tullantıların İdarəedilməsi Mərkəzi istismara verilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, eləcə də SOCAR rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Mərkəzə baxış keçirilib, burada yaradılan iş şəraiti və quraşdırılan yeni müasir avadanlıqlar haqqında məlumat verilib. Bildirilib ki, SOCAR-ın Tullantıların İdarəedilməsi Mərkəzi BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regional şirkəti ilə əməkdaşlıq nəticəsində ərsəyə gəlib və bütünlüklə region üçün strateji əhəmiyyətə malikdir. Mərkəzin ümumi sahəsi 40 hektar ərazini əhatə edir və bu ərazinin 100 hektara qədər artırılması potensialı mövcuddur. Mərkəzdə qazma şlamını emal etmək məqsədilə Almaniyanın "Ekon" şirkətinin istehsalı olan 2 ədəd "Vaku Dray" qurğusu quraşdırılıb.

Qeyd edilib ki, unikallığı ilə seçilən qurğuda qazma zamanı istifadə olunan qazma məhlulu emal zamanı yenidən istifadəyə tam yararlı şəkildə bərpa olunur. Mərkəzin istehsalat gücü illik 100 min tondur. Bundan başqa, mərkəzdə 26 növ digər tullantının utilizasiyası da nəzərdə tutulub.

SOCAR-ın prezidenti R.Abdullayev mərkəzin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, yaradılan şəraitdən məmnun qaldığını söyləyib. Bildirib ki, mərkəz Azərbaycan, eləcə də bütünlükdə region üçün mühüm əhəmiyyət daşıyır və neft sənayesi sahəsində qazma zamanı əmələ gələn şlamın regionda dünya standartlarına uyğun emal olunmasını həyata keçirən ilk və yeganə bu tipli müəssisədir.

R.Abdullayev burada 100 nəfərlik yeni iş yerinin açılmasını da vurğulayıb.

1news.az

Paylaş:
733

Son xəbərlər

“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18
Bütün xəbərlər