MSK-da MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvləri ilə görüş keçirilib
Bu gün sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsini (referendumu) müşahidə etmək üçün Azərbaycanda səfərdə olan MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, M. Pənahov MSK-nın beynəlxalq təşkilatlarla və onların müxtəlif qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığa hər zaman xüsusi əhəmiyyət verdiyini bildirib.
Nümayəndə heyətinin üzvləri ümumxalq səsverməsi (referendum) ilə əlaqədar gerçəkləşdirilmiş layihələr və son hazırlıq işləri ilə maraqlanıblar. MSK sədri reallaşdırılmış genişmiqyaslı layihələr və referendumun azad, ədalətli və şəffaf keçirilməsi üçün atılmış addımlar barədə beynəlxalq müşahidəçiləri ətraflı məlumatlandırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
1news.az