Mətbuat Şurası: “Jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Mətbuat Şurası: “Jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb”

16:44 - 26 / 09 / 2016
Mətbuat Şurası: “Jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb”

Saat 16:00-dək Azərbaycan Mətbuat Şurasının referendumla bağlı yaratdığı “qaynar xətt”ə peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən hər hansı müraciət daxil olmayıb.

Bu barədə Azərbaycan Mətbuat Şurasından 1news.az-a məlumat verilib.

Şuradan bildirilib ki, paytaxtda və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında olan Şuranın İdarə Heyətinin üzvləri də medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlandırdığının şahidi olublar.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Nəsimi və Nərimanov, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Fondunun rəhbəri Umud Rəhimoğlu Binəqədi, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Suraxanı, MŞ İdarə Heyətinin üzvləri – Milli Məclisin deputatı Aqil Abbas Səbail, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xətai, “APA Holdinq”in rəhbəri Vüsalə Abışova Sabunçu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Səbail, Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Xətai, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Yasamal, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl Səbail, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə Salyan və Neftçala rayonlarındakı seçki məntəqələrində olaraq səsvermənin gedişini izləyib, həmçinin jurnalistlərə yaradılmış şəraitlər tanış olublar.

Qeyd edək ki, Mətbuat Şurasının 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 saylı mobil telefon nömrəsi saat 8.00-dan 19.00-dək “qaynar xətt” rejimində fəaliyyət göstərir. Referendumu işıqlandıran jurnalistlər işləri ilə bağlı hər hansı xoşagəlməz durumla üzləşdikləri halda qeyd edilən telefon nömrələrinə zəng edib fikirlərini bildirə bilərlər.

1news.az

Paylaş:
418

Son xəbərlər

Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47
Bütün xəbərlər