Referendum: saat 17:00-a 63,6 faiz seçici səs verib
Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkə üzrə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.
1news.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib.
Onn sözlərinə görə, saat 17:00-a qədər 5 milyon 267 min 111 seçicidən 3 milyon 348 min 535 nəfəri səs verib.
Qeyd olunan vaxta qədər seçici fəallığı 63,6 faiz təşkil edib.
1news.az
483