Baş nazir Artur Rasizadə 29 saylı seçki məntəqəsində səs verib - FOTO
Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsinin (referendum) başlandığı səhər saatlarından 16 saylı Yasamal ikinci seçki dairəsinin 29 saylı seçki məntəqəsində fəallıq müşahidə olunur.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə bu seçki məntəqəsinə gələrək səs verib.
Qeyd edək ki, məntəqədə 1423 seçici qeydiyyata alınıb. Səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirlər.
1news.az
784