Bakıda bu da oldu: gəlinlik paltarını bəyənməyən qız toyuna gəlmədi - VİDEO
“Ümid Yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətində qəribə hadisə baş verib.
1news.az cebhe.info-ya istinadən xəbər verir ki, sığınacaqda yaşayan bir qıza toy etmək istəsələr də bu toy baş tutmayıb.
Yəni gəlin öz toyuna gəlməkdən imtina edib. Bu hadisə toya gələnlərdə təəccüblə qarşılanıb. Əvvəlcədən sosial şəbəkə vasitəsilə toyla bağlı təbliğat aparılıb, gənclərə yardım üçün müraciətlər edilib. Lakin toya saatlar qalmış məlum olub ki, qız onun üçün seçilən gəlinlik paltarını və ayaqqabıları bəyənməyib.
Toya tanınmış sənət adamları, o cümlədən əməkdar artistlər də gəlib. Gəlinə zəng vurub deyiblər ki, ölkənin tanınmış əməkdar artistləri və məşhur müğənniləri toyda onu gözləyir.
Gəlin də cavabında “Mənə maraqlı deyil ki, orda kimlər gözləyir. Mənə maraqlı o idi ki, mənim gəlinliyim qəşəng deyil” deyib.
1news.az