Yavər Camalov: Müəssisələrimiz dünya və NATO standartlarına cavab verən məhsullar istehsal etmək qabiliyyətindədirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Yavər Camalov: Müəssisələrimiz dünya və NATO standartlarına cavab verən məhsullar istehsal etmək qabiliyyətindədirlər

11:39 - 27 / 09 / 2016
Yavər Camalov: Müəssisələrimiz dünya və NATO standartlarına cavab verən məhsullar istehsal etmək qabiliyyətindədirlər

Bu gün Bakıda II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX-2016”nın rəsmi açılış mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, açılış mərasimində müdafiə sənayesi naziri Yavər Camalov, prezidentin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyev, müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, baş nazirin müavini Yaqub Eyyubov, Türkiyənin müdafiə naziri Fikri İşıq, digər rəsmi şəxslər, diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və xarici qonaqlar iştirak edib.

Mərasimdə çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, son illər Azərbaycan ordusunun maddi-texniki bazası gücləndirilib:

“Azərbaycan Silahlı Qüvvələri regionda ən güclü ordulardan biridir. Hərbi-texniki əməkdaşlıq sahəsində uğurlar əldə olunub. “ADEX 2016” sərgisi çərçivəsində əməkdaşlıq imkanlarımızı genişlənəcək”.

O bildirib ki, dost və tərəfdaş ölkələrlə əməkdaşlıq nəticəsində ölkəmizin təhlükəsizliyini təmin etmək üçün hərbi texnika, silah və sursat istehsal edən müəssisələrimiz tamamilə yenidən qurulub:

“Bu gün müəssisələrimiz dünya və NATO standartlarına cavab verə biləcək məhsul istehsal etmək qabiliyyəti əldə edib”.

Nazir qeyd edib ki, hazırda 125 məmulatın yaradılması istiqamətində təcrübə uğurla həyata keçirilir.

1news.az

Paylaş:
495

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər