Moskvaya uçan təyyarə Bakıda məcburi eniş edib
“Ariana Afghan Airlines” şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib.
1news.az xəbər verir ki, bu barədə “Report” “avia.pro” portalına istinadən xəbər verib.
Portal yazıb ki Əfqanıstan aviaşirkətinə məxsus sərnişin təyyarəsi Kabildən Moskvaya (Şeremetyevo hava limanına) uçuş həyata keçirirmiş:
“Texniki nasazlıq səbəbindən təyyarə ekipajı Azərbaycan ərazisində təcili eniş etmək qərarına gəlib. Sərnişin təyyarəsinin göyərtəsində konkret olaraq nə baş verdiyi məlum deyil. Sadəcə, o məlumdur ki, təyyarə təxminən iki saat Heydər Əliyev Beynəlxalq Hava Limanında qalıb və sonradan Moskvaya uçuşu davam etdirib”, - deyə məlumatda qeyd olunub.
AZAL-ın mətbuat xidmətindən “Report”a bildiriblər ki, təyyarə təcili yox, yanacaq doldurulması üçün texniki eniş həyata keçirib.
1news.az